Türkiyənin pop ulduzu Demet Akalın növbəti dəfə şampan qalmaqalı haqda açıqlama verib.
OLAY yazır ki, o, bununla bağlı ötən gün baş tutan konsertində danışıb.
Demet tamaşaçılarına “Bu gün kimlərin ad günüdür”, - deyə, soruşub, Daha sonra isə “Amma quru-quru qeyd edək” deyərək şampan məsələsinə eyham vurub.
Dinləyicilərindən biri Demete “Boş ver” deyə dəstək olub. Bundan sonra Akalın “Mən boş verirəm. Bəzi insanlar boş vermir. Mən “gazino” mədəniyyətindən gəlmişəm. Bunu Hülya Avşarın mərhum anası Emral Avşardan belə görmüşəm”, - deyə, bildirib.
Qeyd eədk ki, Demet ötən günlərdə səhnə aldığı klubda şampanı bəyənmədiyi üçün ofisiantın başına töküb. Bu anları OLAY görüntüləyib.