Video
Video

Demetdən şampan açıqlaması

Demetdən şampan açıqlaması

Türkiyənin pop ulduzu Demet Akalının ötən gün OLAY-da yayımlanan görüntüləri sosial şəbəkələrdə müzakirə yaradıb. Belə ki, müğənninin klub işçisinin başına şampan tökməsi istifadəçilər tərəfindən tənqid edilib. Həmçinin sözügedən kadrlar türk mediasında da səs-küyə səbəb olub.

OLAY yazır ki, bunun ardınca Akalın özü məsələyə aydınlıq gətirib. Sənətçi bu barədə “Şimdi duyduk” adlı xəbər səhifəsinə açıqlama verib:

“O gecə həmin şəxs özü “Şampanı başıma tök” dedi. Ofisiant kimi yazılıb, amma şefdir. Müştərilər şampanı gətirən şəxsin başına tökülməsi üçün göndərir. On ildir bu şampanlar başdan aşağı tökülür. İndi gözə girdi? Amma daha vecimə deyil belə şeylər”.

Bundan əlavə Demet instaqramda “Gələn dəfə ödəşərik” deyərək klub işçisinin özünün başına şampan tökəcəyinə eyham vurub.  

Qeyd edək ki, OLAY-ın lentə aldığı görüntülərdə sözügedən şəxs “Şampanı başıma tök” deməyib. Akalın hadisəni fərqli şəkildə təqdim edib.