Video
Video

“İstedadın olsa da, qapılar pulla açılır”

“İstedadın olsa da, qapılar pulla açılır”

Keçmiş Avroviziya təmsilçimiz Elnur Hüseynov qalib olduğu “O Ses Türkiye” ilə bağlı açıqlama verib.

OLAY yazır ki, bu barədə o, “Söhbət var” verilişində danışıb.

Elnur deyib ki, istedadlı olsan da, iş üçün sponsor və maliyyə lazımdır:

“Sən nə qədər bacarıqlı olsan da, qapılar pulla, tanışla açılır. Bunu mən 35 yaşımda başa düşdüm. Mənə demişdilər ki, cibində pulun, arxanda adam yoxdursa, heç kimsən. Deyirdim ki, yox elə deyil, amma zamanla analdım ki, bəli, tanış olmalıdır. “O Ses”də  məndən əvvəlki və sonraki qaliblər hazırda yoxdurlar. Çünki yarışmaya başlayand aiki müqavilə bağlayırsan. Birinci  “Acun Medya” ilədir ki, bir il müddətində başqa kanalda görünməmək üçün razılaşırsan. İkinci sövdələşmə isə qalib olanda edilir. Bu da “Avropa müzik”lədir.

Onlarla da iki il müddətində başqa şirkətlə iş görməmək üçün bu sənədi izmalayırsan. “Avropa müzik” isə heç nə etmir. Məndən əvvəl bir uşaq qalib oldu, o, aşpaz idi. Özü də opera oxuyurdu. Dedim, ona niyə albom çıxarmırsız? Dedilər ki, satılmır və sairə… İnternetdə aranjımanlar var ki, onları pulla alıb həmin uşağa bir disk bağışlaya bilərdilər. İşləmək istəmirdilər. İki il ərzində də sponsorlar gəldilər, getdilər.  Çünki raızlaşma imzalamışdım. O vaxt danışa bilmirdim. Mən özüm mahnı yaza bilərəm, dostlarım, ətrafım var. Lakin elə uşaqlar var idi deyirdilər ki, hər şey yaxşı olacaq, sonra düşəndə isə psixoloji problem yaşayırdılar”.  

Qeyd edək ki, Elnur 2015-də Ebru Gündeşin komandasından qalib olub.