İllərdir küsülü olan Xalq artisti Nazpəri Dostəliyeva və Əməkdar artist Elza Seyidcahan barışıb.
OLAY yazır ki, sənətçilər müğənni Rəqsanə İsmayılovanın oğlunun kiçik toyunda danışaraq problemlərini həll edib. Belə ki, E. Seyidcahan müğənninin masasına yaxınlaşaraq barışmaq istədiyini bildirib.
N. Dostəliyeva Seyidcahanın istəyini geri çevirməyib və “Biz həmişə mehriban olmuşuq. “Dəli balam”dır da” sözlərini deyib.
Qeyd edək ki, müğənnilər illər əvvəl münsif olduqları “Azərbaycanın səsi” yarışmasında qalmaqal yaşamışdı.