Aparıcı Azər Zahidin dediyi sözə görə tənqid olunduğu videodakı hər iki gözü görməyən, qazi Amil Əliyev məsələyə münasibət bildirib.
Bu barədə o, OLAY-a açıqlama verib. Amil deyib ki, Azərlə arasında problem yoxdur və bu, yanlış anlaşılmadır:
“Biz orada oturmuşduq. Sonra zərfdə pulları təqdim etdi. Amma bir anlaşılmazlıq oldu. Onu bilərək demədi. Mən də onun sözünü eşitmədim. Axşam evə gəldikdən sonra videoya baxdım. Onu bilərək deyən adam məni niyə dəvət etsin? Şəxsi qərəzliyimiz yoxdur ki... Sonra eşitdim ki, saytlarda yazılıb. Mən də istəmirəm söz-söhbət olsun. Azərin verilişinə çıxmaqda məqsədim pul deyildi. Hər iki gözdən əliləm. Yayımında qonaq oldum ki, Azərbaycanda, ya da xaricdə yaxşı bir həkim varsa, gözlərimin heç olmasa birinin görmə qabilliyyəti bərpa olunsun. Mənimlə Azər əlaqə saxladı. Deyir ki, sənlə düşmən deyiləm, bilə-bilə söyləməmişəm. Hər insanın səhvi ola bilər. Onun mənə pisliyi dəyməyib. Orada xalam oğlu da yanımda idi. Ola bilsin videoda düşməyib. O, mənə dedi ki, sən baxma, xalan oğlu açıb sayar. Xalam oğlunun adı çəkilsə, belə yanlış anlaşılma olmazdı. Elə də oldu. Sonra xalam oğlu açdı, baxdı”.
Qeyd edək ki, sözügedən görüntülərdə aparıcının görmə qabiliyyətini itirən qaziyə “Sən açma, onsuz da saya bilməyəcəksən” deməsi müzakirə yaradıb.