“Video-müraciətimdə dəfələrlə demişəm ki, Azərbaycandakı Xəzər dənizində çəkilən klipləri yazın. Amma yazılan nümunələrin əksəriyyəti Gürcüstanda, Türkiyədə çəkilən kliplərdir. Cəmiyyətin ən böyük problemi odur ki, bir-birimizi başa düşmürük”.
OLAY yazır ki, bu sözləri meyxanaçı Namiq Qaraçuxurlu instaqram hesabında paylaşdığı videoda deyib.
Sənətçi bildirib ki, bu gün ailələrin dağılma səbəbi də məhz insanların bir-birini anlamamasıdır:
“İnsanlar bir-birini dinləmək istəmir. Hətta əksər ailələr də buna görə dağılır. Kişi qadını, qadın kişini anlamır. İctimai nəqliyyatda belə insanların əlbəyaxa olduğunu görürük. Bu, məni təəssüfləndirir”.