Türk müğənni Gülşen ötən gün Karadeniz Ereğlidə konsert verib.
OLAY yazır ki, gecədə maraqlı anlar yaşanıb. Belə ki, Ereğli Bələdiyyə sədri Halil Posbıyık səhnəyə çıxıb. Gülşen səhnədə hədiyyə olunan şalı çiyninə atıb. Bundan sonra sədr “Qısqananlar “çatlasın”. Amma xoşuma gəlmədi, çünki biz onu qapalı görməyə öyrəşməmişik” sözlərini səsləndirib.
Bu açıqlama sosial şəbəkələrdə maraqla qarşılanıb.