Video
Video

Bizimkilər də trendə qoşuldu

Bizimkilər də trendə qoşuldu

Azərbaycanlı gənclər TikTok-un yeni trendi “Gentleminions”a qoşulub.

OLAY yazır ki, onlar “Minions: Rise of Guru” cizgi filmini izləməyə rəsmi geyimdə gedərək video çəkiblər.

Gənclər Bakıda kinoteatrların qarşısında, yaxud da metrostansiyalarda, ticarət mərkəzlərində və başqa yerlərdə trendə uyğun fləşmob ediblər.

Qeyd edək ki, bu trend ilk dəfə İngiltərədə sözügedən ekran işi yayımlandıqdan sonra başlayıb. Bir qrup gənc kinoteatra filmdəki Guru obrazı kimi kostyum geyinib, gedib. Lakin onlar çox səs-küy saldıqları üçün zaldan qovulublar. 

Onu da bildirək ki, trendə qoşulan gənclər, həm də Guru obrazı kimi kinoteatra bananla gəlirlər. 

Həmin videolardan bir neçəsini təqdim edirik: