Türkiyəli aktrisa Merve Boluğur uzun müddət sonra ictimai nəqliyyatdan istifadə edib.
OLAY yazır ki, o, avtobusda çəkdiyi görüntüləri instaqramda paylaşıb.
“Avtobusdayam. Axırıncı dəfə orta məktəbdə minmişdim. Mənim üçün nostaljidir. Təbii ki, tanıyanlar da oldu, amma kaş tanımasaydılar. “Mervenin pulu qurtardı, avtobusa mindi” xəbərləri çox maraqlıdır”, - deyə Merve vurğulayıb.