Əməliyyatla mədəsini kiçildən Əməkdar artist Mətanət İsgəndərli 15 kilo çəki atıb.
OLAY yazır ki, müğənni bu barədə “Maqazin plus” proqramına açıqlamasında bildirib.
İfaçı əvvəlki görünüşünə qayıdacağını qeyd edib: “Hamı deyir ki, əvvəlki Mətanətə qayıdırsız. Hələ istədiyim deyil. 15 kilo arıqlamışam, yenə də çəki atacam. Bu görünüşdə olan Mətanəti heç sevmirəm. Çəkilərimlə barışa bilmirdim. Bir az keçsin, imicimi də dəyişəcəm”.