Ukraynanın Əməkdar artisti Svetlana Loboda döyüş əməliyyatları zamanı dağıdılan, böyüdüyü və müharibənin əvvəlindən fəal köməklik göstərdiyi İrpen şəhərinə səfər edib.
OLAY yazır ki, bu barədə o, instaqram hesabında məlumat verib. S. Loboda yazıb ki, video müharibənin 112-ci günündə lentə alınıb.
Müğənni dağılmış körpünü və evləri öz gözləri ilə görüb, yerli sakinlərlə və şəhərin meri Aleksandr Markuşinlə söhbət edib.
Xatırladaq ki, iyunun əvvəlində S.Loboda Ukraynada hərbi əməliyyatların başlaması ilə əlaqədar verilən fasilədən sonra böyük səhnəyə qayıdıb. O, bir müddət bundan əvvəl Bakıda özəl tədbirlərin birində çıxış edib.