Video
Video

Konsertdə atışma, 3 yaşlı uşaq yaralandı

Konsertdə atışma, 3 yaşlı uşaq yaralandı

Türkiyəli müğənni Cengiz Kurtoğlunun konsertində atışma olub.

OLAY yazır ki, hadisə Sakarya ərazisində təşkil olunan festivalın bağlanış gecəsində baş verib.

Sənətçi səhnədə olarkən bir qrup şəxslər arasında mübahisə yaranıb. Əlbəyaxa dava böyüyüb, tərəflərdən biri silah çıxararaq qarşı tərəfə hücum edib. Atılan güllədən biri üç yaşlı körpəyə atılıb.

Dava zamanı üç nəfər yaralanıb, onlar xəstəxanaya aparılıb.