Müğənni Gülay Zeynallı instaqramda paylaşımı ilə diqqət çəkib.
OLAY yazır ki, sənətçi səhifəsində Türkiyə gündəmini zəbt edən Bülent Ersoyun atasının məzarı başında videosunu paylaşaraq onun söylədiyi ifadələrə şərh verib.
O, Bülentin “mən standart məzara sığmaram”- cümləsinə “Hamımızın sonu bu torpaqdır. Çalışaq, insan kimi düzgün, Allah qorxusu ilə yaşayaq. Mən çox haqsızlıq, hətta doğmalarımdan yalan və oğurluq gördüm. O insanları Allaha həvalə etdim”,- yazaraq reaksiya verib.