İsrailin “Avroviziya- 2022” təmsilçisi Maykl Ben David Avropa mediasını antisemitizmdə (yəhudi düşmənliyi - red.) ittiham edib.
OLAY yazır ki, sənətçi müsabiqə dövründə jurnalistlərin ondan müsahibə almaqdan imtina etdiyini bildirib:
“Məni istəmədiklərini dedilər”.
Müğənni həmçinin çıxışından sonra operatorların İsrail bayrağını yayımlamaqdan yayındığını iddia edib:
“Tamaşaçılar arasında çoxlu İsrail bayraqları gördüm, lakin görüntülərdə heç biri yox idi. Bilərəkdən bunu etdilər. Mən bunu deyirəm: İsrail bayrağını qaldırmağım üçün hər hansı fürsət olarsa, bunu anında edəcəyəm”.