Türkiyəli məşhur müğənni İbrahim Tatlısesin qızı Dilan Çıtak Tatlıses nişanlanıb.
OLAY yazır ki, Dilan 4 illik sevgilisi Levent Örder ilə üzük taxıb.
Onlar ailə üzvlərinin də iştirak etdiyi məclis təşkil edib. Mərasimdə İ. Tatlıses cütlüyün üzük lentini kəsib. Onun əlini Leventə öpdürməməsi xüsusilə diqqət çəkib.
Qeyd edək ki, İbrahim Tatlıses bir neçə il əvvəl qızı ilə Leventin münasibətinə qarşı çıxmışdı.