Müğənni Fədayə Laçın keçmiş duet ortağı Tacir Şahmalıoğlu ilə arxiv görüntüsünü paylaşıb.
OLAY yazır ki, o, 1999-cu ildə lentə alınan kadrları instaqramda izləyiciləri ilə bölüşüb.
“Tahir Əkbərin “Əzizim” əsərini oxuyanda həyəcanlanmışdım. Birdən alınmaz deyə düşünürdüm. Cavan idim də… Böyük bəstəkarımız, rəhmətlik Tahir müəllim dedi ki, oxuyacaqsan! Dedim, oxuyacam. Amma Tacir kimi oxuya bilməyəcəm. Söylədi ki, özün kimi ifa edəcəksən.
Həmin mahnını səsləndirdim və ən sevilən duetlərimizdən biri oldu. Lakin “kimdən küsdü cavanlığım?”,- deyə Fədayə bildirib.