TV proqram
TV proqram

“Fədayə ilə duet oxuduğum üçün xanımım intihara cəhd etdi”

“Fədayə ilə duet oxuduğum üçün xanımım intihara cəhd etdi”

Müğənni Tacir Şahmalıoğlunun xanımı o, Fədayə Laçınla duet oxuduğu üçün intihara cəhd edib. 

OLAY yazır ki, barədə sənətçinin özü məlumat verib. O, “Onun sirri” proqramında qonaq olarkən sözügedən hadisənin illər əvvəl baş verdiyini söyləyib:

“Fədayə ilə duet ortağı idik. İlk konsertimizi verirdik. Televiziyadan gəlib bir saat yarımlıq ikimizin duetlərini lentə aldılar. Soruşdum ki, nə vaxt yayımlanacaq, dedilər ayın 10-da. Həmin gün qardaşıma zəng etdim ki, Aydın, 10-da bizə yığışaq, çəkilişi izləyərik. Ağlıma gəlmədi ki, Fədayə ilə duet oxuduğuma görə, xanımım qısqanar. Biz də yaxşı süfrə açmışdıq, qardaşımgil gəldi. Birdən gördüm ki, xanımım yoxdur. Dedim, Kəmalə haradadır? Sonra qardaşımın həyat yoldaşı söylədi ki, buradan qaz iyi gəlir. Mətbəxin qapısını döydük, gördük bağlıdır. Məcbur qalıb qapını qırdıq. Gördük ki, qazı açıb, özü də mətbəxdə. Tez ilk yardım etdik. Bir faciədən qurtardıq. İllər keçdikcə, mənim evə bağlığımı görəndən sonra bildi ki, belə deyil. Mən ona deyirəm heç vaxt ağlına gəlməsin ki, səni ataram, yarı yolda qoyaram”.