“Evlilik üçün sevgi vacibdir desəm, camaat deyəcək ki, əşi, onun üçün pul lazımdır. Amma mənim üçün sevgi vacibdir. İnsanlar bir-birini sevəndə, komfortları üçün hər şey edəcəklər - işləyəcəklər də, qazanacaq da, gələcəklərini təmin də edəcək. Sevgi insana bir çox şeyə motivasiya verir”.
OLAY yazır ki, bu sözləri müğənni Səmra Rəhimli Xəzər TV-də yayımlanan “Səhər mərkəzi” proqramında söyləyib.
O, aparıcı Tural Əsədovun “Evlənəcəyin şəxs “oxuma” desə, neyləyəcəksən” sualına isə “Qəbul etməyəcəyəm” deyə, cavab verib:
“Bir insan səni sevirsə, olduğun kimi qəbul edir. Sevməyəndə səni dəyişməyə çalışır. İçində əsl duyğuları yoxdursa bunu edir”.
Müğənni A.Gəncəlinin “Sevdiyin şəxs “oxu, amma geyimin dəyiş” desə, necə reaksiya verərsən” sualını da cavablandırıb:
“Bu sənətdə hər kəsi tanıyırsız ki, kim necə insandır. Məni doğrudan tanıyan insan geyimimə qarışmaz. Həyatımda kişi olsa da, olmasa da, özümü apara bilirəm, artıq hərəkət etmirəm. Nə vaxtsa özüm istəyərəm başqa cür geyinə bilərəm. Bu qərara özüm gələ bilərəm, kimsə mənə bunu desə, xətrimə dəyər”.