Video
Video

Hüseynlə görüşdə vətəndaşlar kəmərlə döyüldü

Hüseynlə görüşdə vətəndaşlar kəmərlə döyüldü

Rusiyada populyarlaşan bloger Hüseyn Həsənovla “Park Bulvar” ticarət mərkəzində baş tutan görüşdə vətəndaşlara şiddət tətbiq olunub. 

OLAY yazır ki, həmin anların videosu sosial şəbəkələrdə yayılaraq müzakirə yaradıb. 

Görüntülərdə səhnəyə çıxmaq istəyən insanlara bir nəfər tərəfindən kəmərlə zərbələr endirildiyi yer alıb. 

OLAY sözügedən hadisə ilə bağlı “Park Bulvar”la əlaqə saxlayıb. Ticarət mərkəzinin  mətbuat xidmətinin rəhbəri Günay Novruzqızı məsələyə aydınlıq gətirib: 

“O şəxsi biz tanımırıq. Təşkilatçı şirkətin nümayəndəsidir. Biz də məsələ ilə bağlı onlara müraciət etdik ki, belə bir hadisə baş verib. O bizim şirkətin əməkdaşı deyil”.

Həmçinin, Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev sözügedən zorakılığı belə şərh edib: 

“Bununla bağlı bizə hansısa bir məlumat daxil olmayıb. Bütün hallarda video-görüntülər araşdırılacaq”.