Video
Video

Blogerlərin “palatka” partisi!

Blogerlərin “palatka” partisi!

İnstaqramda paylaşdıqları videolarla populyarlaşan Ülvi və Fatimə cütlüyü ötən gün maraqlı ad günü məclisi təşkil edib. 

OLAY yazır ki, Fatimə həyat yoldaşının yeni yaşını retro konseptlə qeyd etmək istəyib.

O sürpriz kimi 1990-cı illərin toylarına bənzəyən məclis hazırlayıb. Belə ki, həm özləri, həm də gələn qonaqlar o illərə uyğun libaslar seçiblər. Şənlikdə səslənə mahnılar əsasən retro, əvvəlki vaxtların toy ifaları olub. 

Həm də keçmişin adət-ənənələrinə, yığıncaqlarda edilən bir çox şeyə üstünlük verilib.