“Al sana haber” proqramının aparıcısı Seyhan Soylu (Sisi) görünüşündə dəyişiklik edib.
OLAY yazır ki, bir neçə əməliyyat etdirən Soylu bunun üçün 1 milyon türk lirəsi xərcləyib.
O deyib ki, bütün estetik prosedurları məşhur aktrisa Filiz Akına bənzəmək üçün etdirib.
“Türk kino tarixinin ən gözəl və zərif qadını Filiz Akına olan heyranlığıma görə əməliyyat olundum”,-deyə Seyhan vurğulayıb.
Aparıcı burnunu böyüdüb, sinə silikonlarını yenilədib, dodağına dolğu olunub, çənə, qabırğa və sairə kimi nahiyələrində prosedurlar etdirib.