Türkiyənin məşhur aktyoru Kadir Doğulu təriqətə qoşulması ilə bağlı yayılan xəbərlərə növbəti dəfə münasibət bildirib.
OLAY yazır ki, K. Doğulu KİV-ə açıqlamasında məlumatların doğru olduğunu qeyd edib:
“Bunlar çox dəyərli mövzulardır. Məsələ bunda deyil. Çox dəyərli sözümüz var: “Pul ilə imanın kimdə olması bilinmir”.
Bu vəzifə bizə verilib. Evimiz, işimiz, duruşumuzla həyatımızda bacardığımız qədər bunu göstərməyə çalışırıq. Qonşum bilir, qohumlarım bilir. Bu havaya atılası bir şey deyil”.