Məşhur stilist Anar Ağakişiyev “Bolt” taksi şirkətini tənqid edib.
OLAY yazır ki, o, bu barədə instaqramda məlumat yayıb.
Anar maşını servisdə olduğu üçün taksi sifariş verdiyini, lakin problemlər yaşadığını söyləyib:
“Əziz “Bolt Azərbaycan”, sürücülərinizi işə götürəndə təlim keçin. Məsələn, taksi çağırırsan, gedəcəyin yeri seçirsən. Sürücü zəng edir ki, hara gedirsiz? Axı orada işarələmişəmsə, özü görür. Nağıl danışır ki, guya görmür. Mən nə edim ki, gedəcəyim yerə qədər 3 manat ödəniş təyin olunur. Bu da getmək istəmir. Sonra sistemdə 3 dəqiqəyə çatacağı göstərilir, amma özü deyir ki, 6 dəqiqəyə gələcəm. Mədəni yolla məni "azdırmaq" istəyir.
“Bolt”, o zaman limit qoyun ki, 10 manatdan aşağı sifariş qəbul etmirik. İyirmi birinci əsrdə yaşayırıq, sürücü zəng edir ki, hara gedirsiz, ödəniş kartla olacaq, ya nağd. Bu tək mənim deyil, bir çoxunun başına gəlib. Deyirlər, çoxdandır belə davam edir. Xaricdə də həmin şirkətin taksiləri ilə səyahət edirəm. Belə problemlər olmur.
Daha nə fərqi oldu ki. Elə əlini qaldırırsan, “xalturşik” taksini tutursan, qiyməti danışırsan, başına da and içirlər. Hətta iş yoldaşım da təsdiqlədi ki, kartla ödəniş edəndə sifariş götürmürlər. İnsanlar əziyyət çəkir. Böyük şirkətsiz, ya təlim keçin, ya da işə yaxşı sürücülər götürün. Yəqin faizlərini çox tutursuz ki, yazıqlar da belə edirlər. Öz aranızda həll edin. Müştəri bunları görməməlidir”.