Video
Video

Məşhur reperin üzü iflic oldu

Məşhur reperin üzü iflic oldu

Amerikalı reper Lil Nas X (Montero Lamar Hill), üzünün qismən iflic olduğunu açıqlayıb.

OLAY yazır ki, bununla bağlı 26 yaşlı musiqiçi instaqram səhifəsində video paylaşıb.

Lil Nas X-in güldüyü kadrlarda onun üzünün bir hissəsinin hərəkətsiz qaldığı aydın görünüb.

“Nə cəhənnəm? Düzgün gülə bilmirəm, qardaş. Nə cəhənnəm” -  deyə, xəstəxana otağından reper şikayətlənib.

Lil Nas X bu hala düşməyinin səbəbini hələ açıqlamayıb, lakin pərəstişkarları bunun “Bell” iflici və ya “Ramsey Hunt” sindromu olduğuna inanırlar. 

Qeyd edək ki, bir müddət əvvəl pop ulduz Castin Biberin də üzü iflic olub. O vaxtdan müğənni tam sağalıb.