Xalq artisti Tünzalə Ağayeva toydakı çıxışından sonra kulis arxasındakı görüntüləri yayılıb.
OLAY yazır ki, komandasının əhatəsində olan sənətçi gərgin iş qrafikindən şikayətlənib.
“Tamaşaçılar elə bilirlər ki, müğənni həyatı yaşamaq asandı. Bizim işimiz insanların əhvalını yüksəltmək və əyləndirməkdir. Amma onları əyləndirənə qədər biz tər tökürük. Yoruluruq, yüksək topuqlu ayaqqabı, korset… Bir tək müdirim (prodüseri Yalçın Cabbarovu nəzərdə tutur - red.) mənim, məndə onun sözünə baxıram. İnanan daşa dönsün”, - deyə T.Ağayeva videoda bildirib.