Video
Video

Castin küçədə paparatsiyalarla dalaşdı - Video

Castin küçədə paparatsiyalarla dalaşdı - Video

Dünya pop musiqisinin parlaq və qalmaqallı ulduzu Castin Biber onu addım – addım izləyən paparatsiyalara əsəbiləşib.

OLAY yazır ki, jurnalistlər sənətçini Kaliforniya ştatının Palm-Sprinqs şəhərindəki kafeyə səfəri zamanı yaxalayıblar. 

Onlar Biberi çəkən zaman, pop ulduz buna dözə bilməyib və özünü aqressiv şəkildə aparmağa başlayıb. 

“Xeyr! Sabahınız xeyir! Onsuz da bilirsiniz. Nə üçün buradasınız? Pul, pul, pul, pul, pul. Get buradan, qardaş. Pul sənə lazım olan hər şeydir. Səni adamlar maraqlandırmır. Bu, səni maraqlandırır. Pul. İnsanları vecinə almırsan. Yalnız pul. İnsanları maraqlandırmırsan” – deyə, Castin qışqırıb, qollarını yelləyib, kameralardan yayınmağa çalışıb.

Son bir neçə ay ərzində jurnalistlər Castini və arvadı, supermodel Heylini sözün əsl mənasında ovlayır, sənətçinin həqiqətən xəstə olub-olmadığını və evliliyinin dağılmaq ərəfəsində olduğunu öyrənməyə çalışırlar.

Castinin paparatsiyalar ilə emosional partlayışından sonra bir qrup dostu ilə gəldiyi qəhvəxananı tərk etdiyi bildirilib.