Video
Video

İllər sonra görüşdülər

İllər sonra görüşdülər

24 il əvvəl eşq yaşayan aktyorlar Yıldız Asyalı və Arda Kural illər sonra görüşüblər.

OLAY yazır ki, bir neçə gündür açıqlamaları ilə danışılan məşhurlar görüşmək qərarı alıblar.

Belə ki, Arda hazırda skripka ifaçılığı ilə məşğul olan Yıldızı dinləməyə gedib. Asyalı keçmiş sevgilisi üçün “Kimler geldi, kimler geçti” mahnısını səsləndirib.

Qeyd edək ki, iki aktyor 1998-ci ildə eşq yaşayıb və ayrılıb. Hər ikisi də ötən günlərdə bir-biriləri ilə görüşməkdən qorxduqlarını, eşqlərinin bitmədiyini söyləmişdi.