Bu günlərdə dəyişimi ilə gündəm olan aktyor Arda Kural keçmiş sevgilisi Yıldız Asyalıdan danışıb.
OLAY yazır ki, o, “2. Sayfa” proqramında qonaq olarkən Asyalı ilə görüşməkdən qorxduğunu söyləyib:
“Onunla yanaşı gəlməkdən qorxuram. Özü zəng edib, maraqlanıb. Lakin mən çəkinirəm. Yıldız ilk eşqim idi. Ona çox tutulmuşdum. Ağlımdan ondan başqası keçmirdi. Həyatım Yıldız olmuşdu. Həmişə onu düşünürdüm. Hələ gələcəyiniz var, bir-birinizə mane olmayın, deyib, bizi ayırdılar. Çox pis olmuşdum. O günlərlə bağlı hər şeyi xatırlayıram. Amma unutmaq istəyirəm”.
Qeyd edək ki, onlar "Eyvah kızım büyüdü" serialının çəkilişlərində tanış olublar.