Video
Video

“Azərbaycan xalqına azad seçim versən, gedib Manafa səs verəcək”

“Azərbaycan xalqına azad seçim versən, gedib Manafa səs verəcək”

 Tanınmış yazar Kəramət Böyükçöl ziyalı hesab edilmək istəmədiyini bildirib.

OLAY yazır ki, bu haqda Kəramət dizayner Aynur Xəlilovanın “YouTube”da  yayımlanan “Hərşeyşünas” podkastında qonaq olarkən deyib.

“Mənim üzərimə öhdəlik qoyurlar ki, ziyalısan. Mən ziyalı deyiləm. Çünki bu söz mənim bir insan kimi, bir yazıçı kimi azadlığımı məhdudlaşdırır. Mənim üzərimə öhdəlik qoymayın”, - deyə Kəramət vurğulayıb.

Kəramət Azərbaycanda deputatlığa olan maraq və seçki mədəniyyəti ilə bağlı fikirlərini bölüşüb.

Böyükçöl bildirib ki, azad seçki keçirilsə, xalqın məşhur müğənni Manaf Ağayev kimi şəxslərə səs verəcəyini söyləyib:

“Manaf əlinə bir mikrafon alıb hər kənddə bir “Ana” mahnısı oxuyacaq, insanlarda deyəcək ki, xoşuma gəldi, gedim buna səs verim. İnsanlar da bu fikrimi alqışlayacaq ki, “Kəramət bəyə eşq olsun, düz deyir”. Mən bu fikrimə belə alternativ cavab deyərəm ki, Manaf Ağayev ona görə deputat olmaq istəyər ki, görəcək Milli Məclis kef, əyləncə, yeyib-içmək yeridir, bu da gedib namizədlik verəcək. Amma o görsəki millətə vəkillik etmək nə dərəcədə bir məsuliyyətdir, o gedib heç namizədliyini verməyəcək”.