“Kıskanmak” serialının baş rol aktrisası Özgü Namal avtomobil qəzası keçirib.

OLAY yazır ki, Namal iki övladı ilə serial çəkilişinə gedərkən Beykoz yolunda avtomobillərinə başqa bir maşın çırpılıb.

Sükanı aktrisanın sürücüsünün idarə etdiyi məlum olub. Qəza nəticəsində avtomobil istifadəyə yararsız hala düşsə də, Özgü Namal, uşaqları  və sürücüsü təhlükəsizlik kəməri taxılı olduğundan və hava yastıqları açıldığından ciddi xəsarət almayıblar.

Hadisə yerinə çağırılan təcili yardım vasitəsilə xəstəxanaya aparılan Namal və uşaqların vəziyyəti nəzarət altındadır. Aktrisa bu gün və sabah çəkilişlərə fasilə verəcək.