“İnsanları o həddə çatdırmısınız ki, televiziya çıxanda məcburiyyətdən yaltaqlıq edirlər ki, çoxluğun xoşuna gəlsin”.
OLAY yazır ki, bu sözləri şair və qiraətçi Nazilə Səfərli instaqram səhifəsində yayımladığı videoaçıqlamada deyib.
Sənətçi “Xaş – hambal yeməyidir” sözlərinə görə sosial şəbəkə əhli tərəfindən tənqid hədəfinə çevrilən Əməkdar artist Vasif Məhərrəmlini müdafiə edib.
“Vasif Məhərrəmli söyləyib ki, xaş hambal yeməyidir. Birincisi o yalan yox, düz deyib. Şah qapısında inək kəsiləndə o, hamballarına heç nə verməyib. Hambalların və nökərlərin uşaqları ət istədiklərinə görə valideyndir, əlacı kəsilib və inəyin başını, ayağını qaynadıb. İllər sonra şah baxıb və görüb ki, onun uşaqları “əyrimçə”, hambalın uşaqları isə pəhləvan kimidir. Şah hambala sual verib ki, sən uşaqlarına yeməyə nə verirsən ki, onlar belə pəhlivan kimidirlər? Cavab verib ki, sənin tulladığın – inəyin baş və ayağını. O gündən şah başlayıb hambal yeməyini bəyənməyə. İndi Vasif nə etməlidir? Hamınıza yalvarmalıdır ki, sizə xoş gəlsin?”, - deyə Nazilə vurğuyıb.