Türkiyədə aktrisalıq fəaliyyətini uğurla davam etdirən azərbaycanlı Nəsrin Cavadzadə paylaşımı ilə diqqət çəkib.
OLAY yazır ki, paparatsiyaların əlindən qarabaqara izlənilən sənətçini bu dəfə də jurnalistlər məkanların birində önünə kəsiblər.
Onlar Nəsrindən müsahibə vermələrini istəyiblər.
Cavadzadə onu gözləyən müxbirlərin görüntülərini çəkərək instaqram səhifəsində “Bir dəfə də mən sizi yaxalayım. Başlıqda olsun bu “Hazırlıqsız yaxalandılar, od püskürdülər”” şərhi ilə izləyiciləri ilə bölüşüb.