Uzun zamandır görünməyən Xalq artisti Zemfira Nərimanova üzə çıxıb.
OLAY yazır ki, sənətçi restoranların birində səhnə alan Əməkdar artist Xumar Qədimova ilə bir araya gəlib.
Müğənninin ifasından feyziyyab olan aktrisa səhnəyə çıxıb. Qədimova oxuyub Nərimanova isə onun yanında rəqs edib.
Həmin anları Xumar instaqram səhifəsində “Xalqımızın sevimli aktrisası, “Pəncərədə işıq”la tamaşaçıları sevindirən Zemfira Nərimanova! Sizi görmək çox xoş oldu” sözlərini yazaraq izləyiciləri ilə bölüşüb.
Qeyd edək ki, 65 yaşlı Z.Nərimanova Akademik Milli Dram Teatrında çalışır. Sənətçi, “Pəncərədə işı”, “Ordan-burdan”, “Göz həkimi”, “İtkin gəlin” kimi teletamaşalarda rol alıb.