Video
Video

“Artıq əməliyyat olunası heç nəyim yoxdur”

“Artıq əməliyyat olunası heç nəyim yoxdur”

Müğənni Günel Ələkbərova keçirdiyi plastik əməliyyatdan sonra efirə çıxıb. 

OLAY yazır ki, sənətçi “Xəbərin var?” maqazin verilişində qonaq olub. 

Gözəlləşmək üçün bıçaq altına uzanan Ələkbərova etdirdiyi əməliyyatlarından söz açıb: 

“Bədəni əməliyyat olunmayan şou-biznesdə bir dənə mən qalmışdım, məndə bunu etdim. Artıq əməliyyat olunası heç nəyim yoxdur. Qaş qaldırma və buxaq əməliyyatı etdirdim. Bəlkədə hiss edərsiniz ki, mən danışanda sanki “fit” çala-çala danışıram. Bu gün ərzində buxağıma taxdığım korsete görədir. Yaxınlarım deyir ki, sən sosial şəbəkə canlı yayım açanda ağzın gah sola gah sağa gedir. Vicdansızdırlar... Bir də əlavə sinə əməliyyatı da etdirmişəm. Bu sinənin nə böyütmə nə də ki kiçiltmə əməliyyatıdır. Bu sinənin dikləşdirmə əməliyyatıdır”.