Rusiyanın estrada ulduzu Alsu və yəhudi milyarder, iş adamı Yan Abramovun əmlakının bölünməsi işi üzrə növbəti məhkəmə iclası baş tutub.
OLAY yazır ki, jurnalistlərlə söhbətində iş adamının vəkili Alexander Dobrovinski, keçmiş həyat yoldaşlarının bu gün heç bir razılığa gələ bilmədiklərini və görüşün noyabrın 15-nə təxirə salındığını açıqlayıb.
Hüquq müdafiəçisi iş adamının əmlak bölgüsü ilə bağlı hazırkı tələblərini açıqlamayıb, bu halda prosesin qapalı olduğunu xatırladıb.
Qeyd edək ki, bir neçə gün əvvəl Alsu boşandığı əri Yan Abramovu Londonda bir neçə il əvvəl satdığı penthaus üçün pul tələb etməyi planlaşdırması haqda informasiyalar yayılıb. İddialara görə, müğənni İngiltərədən kənarda pul alıb və indi tam məbləğ üçün keçmiş ərini məhkəməyə vermək niyyətindədir. Eyni zamanda, mənzillər 8 milyon rubl satılıb və onların hazırkı dəyəri 15 milyon rubl olaraq qiymətləndirilir.
Xatırladaq ki, Alsu və Yan Abramovun boşanması mayın sonunda məlum olub. Səbəb, çoxlarının hesab etdiyi kimi, 46 yaşlı sahibkarın çoxsaylı xəyanətləri olub. Cütlüyün iki qız və bir oğlan övladı var.