Müğənni Elçin Cəfərov açıqlaması ilə diqqət çəkib.
OLAY yazır ki, “İncə səhər” verilişində qonaq olan sənətçi həmkarlarına yazdığı mahnılar üçün aldığı qonorardan danışıb.
Proqramda qonaq olan aktrisa Zarina Qurbanova “Bir mahnı da mənim üçün yaz” sözləri ilə Elçinə səslənib.
Cəfərov isə “12 min manat” cavabını verib. Zarina “Biraz aşağı, 10 min et” deyə fikrini bildirib.
Qeyd edək ki, bir neçə gün əvvəl Elgizlə izlə nin efirində qonaq olan Elçin Cəfərov yarımsaatlıq çıxışı üçün 5000 manat qonorar aldığı açıqlayıb.