WOW
WOW

Durov Hüseynlə Qırğızıstana gedibmiş...

Durov Hüseynlə Qırğızıstana gedibmiş...

“Teleqram”ın qurucusu Pavel Durov iyun səfəri zamanı sevgilisi Yuliya Vavilovanı gəzdirmək üçün Qırğızıstan Fövqəladə Hallar Nazirliyindən 1 milyon rubla helikopter icarəyə götürüb.

OLAY yazır ki, bu barədə “SHOT” teleqram kanalı məlumat yayıb.

Məlumata görə, Yuliya əvvəllər heç vaxt bu cür helikopterə minmədiyi üçün ona sürpriz olub. Uçuş tamamilə məxfi xarakter daşıyıb və Fövqəladə Hallar Nazirliyi ilə razılaşdırılıb. Milyarder özünün kimliyini açıqlamamağı xahiş edib.

Kanal yazır ki, Durov iyunun ortalarında dost qrupu ilə Qırğızıstana gəlib, onların arasında bloger Hüseyn Həsənov və 24 yaşlı Yuliya Vavilova da olub. Yerli mətbuatın məlumatına görə, o zaman Durovu xizək kurortuna investor kimi cəlb etmək istəyiblər ki, bu layihənin reallaşması üçün 165 milyon avro tələb olunur.

Deyilənə görə, Pavel Qırğızıstan Fövqəladə Hallar Nazirliyindən səkkiz nəfərlik helikopteri saatı 3000 dollara icarəyə götürüb. Cütlük üç saat ərzində uçuş edib, nəticədə Durov təxminən bir milyon rubl ödəyib.

Qrup halında iki helikopterlə Qırğızıstanın görməli yerlərinə uçublar. Durov və Vavilova cütlüyü ən böyüyündə, Hüseyn isə daha balaca olan - dörd nəfərlik helikopterdə uçub.

Qeyd edək ki, Pavel Durovun həbsi daha 48 saat uzadılıb, ona hələ heç bir rəsmi bildiriş təqdim edilməyib - ən azı bu barədə ictimaiyyətə məlumat verilməyib. Durov “Teleqram”ın kiber və maliyyə cinayətləri ilə bağlı əməkdaşlıqdan imtina etməkdə ittiham olunur. 

Əvvəllər Durovun həbsi ilə bağlı məlum olanda bildirilirdi ki, o, terrorizm, dələduzluq, narkotik vasitələrin qanunsuz dövriyyəsi və uşaq pornoqrafiyası ilə bağlı cinayətlərdə şübhəli bilinir. Bu ittihamlarla Pavel Durovu 20 ilə qədər həbs cəzası gözləyə bilər. Teleqram rəsmi açıqlamasında sözügedən platformanın heyəti bu ittihamları absurd adlandırıb.