Video
Video

Puqaçovanın nəvəsi saxlanıldı

Puqaçovanın nəvəsi saxlanıldı

Rusiyanın Xalq artisti Alla Puqaçovanın nəvəsi 26 yaşlı Denis Baysarov Moskvada sürət həddini aşdığı üçün polislər tərəfindən saxlanılıb. 

OLAY yazır ki, o, lüks “Mercedes-Benz GLE” avtomobili ilə kobud yol hərəkəti qaydasını pozub.

Ümumilikdə, Baysarov bu il 2500 rubl (təxminən 48 manat) məbləğində beş bal cərimə alıb. Lakin Baysarov bütün cərimələrini zamanında ödəyib.

Qeyd edək ki, Denis Baysarov A.Puqaçovanın yeganə müğənni qızı Kristina Orbakaytenin oğludur. O, şəxsi həyatının təfərrüatlarını gizlətməyə üstünlük verir və sosial şəbəkələrdə o qədər də aktiv deyil. 2022-ci ilin sentyabrında onun qismən səfərbərlik elan edildikdən sonra Avropaya getdiyi barədə şayiələr yayılıb, lakin oktyabrda Denis instaqramda Moskva ətrafında gəzintisinin videosunu yayımlayıb, bundan sonra o, gözlərdən itib. 2023-cü ilin yayında Denis anası ilə İtaliyada tətildə görünüb.

Onu da bildirək ki, Moskvada Denis Baysarovun “Auterra” adlı reklam şirkəti ötən il 2,2 milyon rubl (təxminən 41580 manat) zərərlə bağlanıb.