Xəbər verdiyimiz kimi, əslən bakılı Rusiyanın Xalq artisti Larisa Dolina fırıldaqçıların qurbanı olub. Müğənni Moskvadakı mənzilini sataraq, ümumilikdə 180 milyon rubla (təxmini 9,1 milyon manat) yaxın əmanətini cinayətkarlara verib.
OLAY yazır ki, 68 yaşlı rus estrada ulduzu məsələ ilə bağlı sosial şəbəkə hesabında videoaçıqlama yayıb.
Dolinanın bildirib ki, Ukrayna ərazisində olan cinayətkarların qurbanına çevrilib:
“Mənə qarşı çox mürəkkəb və planlaşdırılmış dələduzluq əməlləri törədilib, bu faktla bağlı cinayət işi açılıb, məni zərərçəkmiş kimi tanıyıblar, mənzilimi zəbt ediblər”.
Fırıldaqçılar artıq çoxlarına məlum olan sxem üzrə hərəkət ediblər.
“Shot” teleqram kanalı xəbər verir ki, bu ilin aprelində onlar özlərini kəşfiyyatçı kimi təqdim edərək Dolinanı fırıldaqçıların maraqlandığı iddia edilən mənzili satmağa və pulu “təhlükəsiz hesaba” köçürməyə inandırıblar. Müğənninin 236 kvadratmetr sahəsi olan 5 otaqlı mənzili təxminən 150 milyon rubl qiymətləndirilir (təxminən 7,6 milyon manat), lakin Dolina onu 112 milyona satıb (təxminən 2,1, milyon manat). Köçürmələrin ümumi məbləği təxminən 180 milyon rubl (təxminən 3,3 milyon manat) təşkil edib.
Ötən gün səhər saatlarında müğənninin evinin yaxınlığında beş nəfər saxlanılıb. Onlar “Xamovnikidəki elit yaşayış kompleksində onun mənzilinə girməyə cəhd ediblər. Məlum oldu ki, bunlar sənətçinin əmlakını onlardan alaraq cinayətkarlardan da əziyyət çəkən yeni ev sahibləridir. Zərərçəkənlər artıq polis bölməsindədir.
Həmçinin sənətçinin sözlərinə görə, cinayətkarlar onun instaqramını sındıraraq onun adından yazılar dərc ediblər. Teleqramda bildirilib ki, müğənninin səhifəsində Ukrayna ordusuna dəstək üçün mənzil və bağ evi satışından əldə etdiyi pulu bağışladığına dair daha əvvəl nəşrlər dərc edilib, lakin sonradan yazılar silinib.
“Shot” teleqram kanalının məlumatına görə, naməlum şəxslər müğənninin ümumilikdə təxminən 95 milyon rubl (təxminən 1,7 milyon manat) dəyərində olan Latviya daşınmaz əmlakını da ələ keçirməyə cəhd ediblər. Dolinanın Riqa körfəzi sahilindəki elit Dzintari ərazisindəki “Amber Residence” kompleksində iki mənzili var. Sanksiyalar səbəbindən müğənni Yurmalaya gedə bilmir. İlkin məlumatlara görə, bunlar Moskvadakı mənzili Dolina satan eyni fırıldaqçılar ola bilər.
İyulun sonunda Mash teleqram kanalı müğənninin Moskva yaxınlığındakı malikanəsinin girov reyestrinə daxil edildiyini və ona qarşı 50 milyon rubl (təxminən 934 min manat) kredit verildiyini bildirilib.