Uzun müddətdir ABŞ-ə köçüb və orada yaşayan Rusiyanın Əməkdar artisti Kristina Orbakayte ölkəsinə qayıtmaq qərarı alıb.
OLAY “Mash” teleqram kanalına istinadən yazır ki, sənətçi Rusiyadakı ailə mülkünü də satır.
Belə ki, anası Rusiyanın Xalq artisti Alla Puqaçova həmin üçmərtəbəli evi tikib, sonradan onu Kristinaya verib.
Malıe Berejki məhəlləsində yerləşən malikanənin sahəsi 760 kvadratmetrdir. Ev klassik saray üslubunda dizayn edilib. Əmlak aprelin sonunda satışa çıxarılıb və Kristina bunun üçün 125 milyon rubl (təxminən 23 milyon manat) alacağını gözləyir.
Əmlakın yaşıllıq sahəsi 80 kvadratmetrdir. İdman və uşaq meydançaları, manqal sahəsi var. Bununla yanaşı mühafizə üçün ayrıca bina da mövcuddur.
Qeyd edək ki, Kristina Orbakayte Kreml sarayında pulsuz çıxış edəcək. Estrada ulduzu, 1 iyun - “Uşaqların Müdafiəsi Günü” münasibətilə keçiriləcək festivalda anası Xalq artisti Alla Puqaçovanın “Bilirsən, hələ də olacaq” mahnısını ifa etməsi nəzərdə tutulur.