Video
Video

Türkandan anası ilə paylaşım

Türkandan anası ilə paylaşım

Müğənni Türkan Vəlizadə anası ilə bağlı diqqət çəkən paylaşım edib.

OLAY yazır ki, sənətçi məclislərin birində anası ilə birgə rəqs edərkən çəkilən görüntüləri sosial şəbəkə hesabında yayımlayaraq valideyinin doğum günü olduğunu yazıb.

Vəlizadə anasını bu sözlərlərlə təbrik edib:

“Gözümün nuru, ömrüm, nəfəsim, sən bizim zəhmətkeş anamızsan. Allah sənə can sağlığı versin. Hər zaman üzün gülsün və yanımızda olasan. Ömrüm sənə qurban. Bizi təmənnasız sevən anamız. Doğum günün mübarək”.

Türkan növbəti paylaşımda bacısı ilə də anasının birgə videosunu izləyiciləri ilə bölüşüb.

Həmin görüntüləri sizə təqdim edirik:

Rəşad Əliyev