Video
Video

Ölən anasına görə oxudu, seçildi

Ölən anasına görə oxudu, seçildi

Ötən gün yayımlanan “Səs Azərbaycan” mahnı müsabiqəsində Leya Sezer adlı iştirakçının çıxışı xüsusi diqqət çəkib. 

OLAY yazır ki, Leyla ötən il anasını itirdiyini və yarışmaya onun üçün qatıldığını söyləyib: 

“İstəyirəm ki, o, göylərdən baxıb uğuruma sevinsin. Mənə bu fürsəti verdiyiniz üçün çox sağ olun”. 

Qeyd edək ki, “Ayrılıq” mahnısı ilə çıxış edən Leylaya Brilliant Dadaşova və Eldar Qasımov dönüb. İştirakçı B. Dadaşovanın komandasında olmağı seçib.