Video
Video

Təyyarədə dava düşdü, 4 saat çıxa bilmədilər

Təyyarədə dava düşdü, 4 saat çıxa bilmədilər

Fotoqraf Orxan Rəhmanlının başına iş gəlib.

OLAY yazır ki, Abu-Dabidə olan sənətçi 4 saat təyyarədə qalıb. Buna isə sərnişinlə işçi arasında yaranan mübahisə səbəb olub:

“Hazırda Abu-Dabidə “Wizzair” şirkətinə məxsus təyyarədə işçi ilə sərnişin arasında yaranan kiçik problemin böyüməsi nəticəsində 4 saatdır ki, sadəcə təyyarədəyik. Uşaqlı, qadınlı, kişili hamı artıq ciddi gərginlik və narahatlıq yaşayır. İşçinin prinsipə düşməsi nəticəsində bir neçə sərnişin sadəcə ayağa qalxdı deyə onları da tutdular və ölkədən deport edəcəklər”.

Paylaşılan videodan isə sərnişinlərin azərbaycanlı olduğu üzə çıxıb.