“Yabancı damat” serialının ulduzu Mazlum Kiperin son videosu sosial mediada gündəm olub.
OLAY yazır ki, səsləndirmə sənətçisi kimi də tanınan aktyor həmkarı Özlem Altınokla küçə reportajı zamanı kameralara tuş gəlib. Jurnalistin “Türkiyənin ən yaxşı kişi səsi qarşımda. İçinizdən nə keçərsə danışın” sözlərinə Kiper “Bir düşünüm görüm mənim içimdən nə keçər” deyə maraqlı cavab verib.
İki sənətçinin reklam çarxlarından tanınan səsləri sosial media istifadəçilərinin marağına səbəb olub.