Video
Video

Səhnəyə şortla çıxan Mahsundan tənqidlərə cavab

Səhnəyə şortla çıxan Mahsundan tənqidlərə cavab

Türkiyəli müğənni Mahsun Kırmızıgülün səhnəyə şortla çıxması tənqid edilib.

OLAY yazır ki, sənətçi haqqında səsləndirilən tənqidlərə cavab verib. 

O, konsertindən olan görüntünü paylaşaraq bu sözləri yazıb: “Təxminən bir ay öncə səhnəyə şortla çıxmağın indi tənqid edilir. Hadisə belə baş verib. Konsertdən sonra səhnədən endim və gündəlik geyimimi geyindim. 8-10 dəqiqə sonra isə səhnənin arxa qapısından çıxarkən dinləyicilərimlə rastlaşdım. Onların məni yenidən səhnəyə səslədiklərini eşitdim. Son anda pencək geyinib yenidən səhnəyə çıxmaq məcburiyyətində qaldım. Dinləyicilərimdən də geyimimə görə üzr istədim. Dinləyicilərimə, sevənlərimə heç vaxt hörmətsizlik etməmişəm. Bu sənətdə dinləyicilərinə mənim qədər hörmət edən ikinci sənətçi də yoxdur. Bunu da belə bilin”.