"Yeni yaşın xoş gəldi günüm ayım, Günayım. Sən hər şeyin ən yaxşısına layiqsən. Biz səninlə çox şeyləri əl-ələ verib aşdıq, aşırıq, aşacayıq da inşallah. Allah səni mənə, balalarıma çox görməsin . Həmişə belə sadə, səmimi qal. Səni hər kəs məhz bu xarakterinə görə sevib".
OLAY yazır ki, bu sözləri aparıcı Zaur Baxşəliyev həyat yoldaşı Günay Baxşəliyevanın ad gününü ilə bağlı etdiyi paylaşımda yazıb.
"Yeni yaşında su altı fobiyanı da geridə qoyduq. Yanımızdan nə qədər balıq üzüb keçdi,ancaq ən böyük balıq (bürcü nəzərdə tuturam) sənin qəlbindədir . O səni hər zaman sevəcək. Hər zaman. Nə yaxşı ki ,doğulmusan" - deyə Zaur qeyd edib.