Video
Video

Ana olmağa hazırlaşan Aydanın efirdə halı dəyişdi - Video

Ana olmağa hazırlaşan Aydanın efirdə halı dəyişdi - Video

Ana olmağa hazırlaşan aktrisa Aydan Axundzadənin efirdə halı dəyişib.

OLAY yazır ki, “Zaurla Günaydın”da qonaq olan sənətçi anidən özünü narahjat hiss edib. Aparıcı Günay Baxşəliyeva onu sakitləşdirməyə çalışıb, həmçinin təcili tibbi yardım çağırıb. Bu zaman Xalq artisti Nəzakət Teymurovanın evində olan Zaur Baxşəliyev Günaya aktrisanı studiyadan göndərməsini məsləhət görüb.

Aydan isə “Yaxşıyam. Mən sürprizə hazır gəlmişəm. Bilmək olmaz. Sizi qorxuda, həyəcanlandıra bilərəm. Deyirlər, insanın qorxduğu başına gəlir, Zaur. Sən də budnan qorxurdun. Biz artıq həkim çağırmışıq”, - deyə bildirib. Proqramın sonunda Aydanın halı tamam dəyişib. Günay onu bir kənarda əyləşdirərək su verib. Daha sonra verilişin bugünkü buraxılışı sona çatıb. Bundan əlavə Axundzadə proqramın əvvəlində bu günlərdə ana olacağını söyləyib.

Qeyd edək ki, Aydan həmkarı İbrahim Çingizlə evlidir, onların qız övladı dünyaya gələcək.