Fotosessiya
Fotosessiya

10 illiklərini anası ilə qeyd etdilər

10 illiklərini anası ilə qeyd etdilər

Məşhur cütlük Zaur Baxşəliyev və Günay Baxşəliyevanın evliliklərinin 10 ili tamam olub.

OLAY yazır ki, bu barədə Zaur aparıcısı olduğu “Bizimləsən” verilişində danışıb.

“Dünən axşam saat 12-ni keçəndə, biz anamgilə getdik, tortumuzu onunla bərabər kəsdik. Dedim, ana, bunu biz səninlə kəsməliyik. Çünki 42 yaşımda belə mən o ana ehtiyacını hiss edirəm və qaçıram ki, enerji balansımı onunla doldurum. Anamın qucağına qaçıram...”, - deyə o, bildirib.

Xatırladaq ki, cütlüyün Davud və Dilavər adlı iki övladı var.