Dünya şöhrətli müğənni Madonna sağlamlığı barədə açıqlama edib.
OLAY yazır ki, ifaçı "Instagram" hesabında video paylaşıb.
Görüntülərdə Madonna öz mahnısının sədaları altında rəqs edib.
"Bədənimi hərəkət etdirə və bir az da rəqs edə bilirəm. Özümü dünyanın ən xoşbəxt ulduzu hiss edirəm" - deyə Madonna bildirib.
Qeyd edək ki, Madonna bit müddət öncə huşsuz vəziyyətdə tapılmışdı. Xəstəxanaya yerləşdirilən ulduzda ağır infeksiya aşkarlanmışdı.