Musiqi
Musiqi

Madonna ilk dəfə Nyu-Yorkda gəzintiyə çıxdı

Madonna ilk dəfə Nyu-Yorkda gəzintiyə çıxdı

Dünyaca məşhur müğənni Madonna infeksiya səbəbilə xəstəxanaya yerləşdirildən sonra ilk dəfə Nyu-York küçələrində görüntülənib.

OLAY yazır ki, müğənni rəfiqəsi ilə gəzintiyə çıxıb. 

62 yaşlı müğənninin görüntülərini bloqqer Loren Konlin sosial şəbəkələrdə yayıb.

Madonna şort, köynək, idman ayaqqabısı və papaq geyinib. İfaçının günrah olması da diqqətdən yayınmayıb. 

Qeyd edək ki, Madonna iyunun 24-də huşsuz vəziyyətdə tapılıb və xəstəxanın reanimasiya şöbəsinə yerləşdirilib. Ona ağır bakterial infeksiya diaqnozu qoyulub.